Havaların kəskin soyuması təzyiqi yüksəldir

  • 2022.09.07 14:01
  • 627 Baxış
Havaların kəskin soyuması təzyiqi yüksəldir

İsti havalardan sonra kəskin soyuqlar xroniki xəstələrin vəziyyətində neqativ təsir yaradır.


"Medicina" xəbər verir ki. terapevt Yelena Tyulpina bədənin soyuqlamasının təsirlərini açıqlayıb.

"Ümumilikdə zəif və xəstə insanlar özünü pis hiss edə bilər.

Atmosfer təzyiqində baş verən dəyişiklik, ürək damar, təzyiq, aritmiya xəstələrinə, infarkt və insult keçirənlərə təsir edir.

Hətta qarında ağrılar, ürəkbulanma, bağırsaq pozulması belə baş verə bilər.

Tənəffüs yolları xəstəlikləri, hərəkət-dayaq aparatı xəstələri, revmatizmli insanlarda spazmlar ola bilər.

Havalar kəskin dəyişən ərəfədə demək olar hər kəsin qan təzyiqi yüksəlir. Hətta normal insanlarda da o 10-15 mm civə sütunu qalxır. Ona görə bu ərəfə təzyiqinizi vaxtaşırı ölçün.


Payıza keçid insan orqanizmi üçün ciddi fizioloji, psixoloji sınaq dövrüdür.

Buna səbəb faktorlar - gün işığının azalması, bədənin soyuması, məzuniyyət dövrünün bitməsidir".


Aygün Musayeva