Haymoritin xalq təbabəti ilə müalicəsi

  • 2022.09.23 14:04
  • 3370 Baxış
Haymoritin xalq təbabəti ilə müalicəsi

Payızda haymorit halları artır. Çox ağır mərhələdə olmayan haymoriti sağaltmaq üçün fitoterapevt Füzuli Hüseynov resept açıqlayıb.

"Medicina" xəbər verir ki, reseptdə bunlar daxildir.


• 1 çay qaşığı bal
• 1 çay qaşığı soda
• 1 çay qaşığı rafinə olunmamış zeytun və ya günəbaxan yağı.

Fitoterapevtin sözlərinə görə, reseptin hazırlanması zamanı bütün məhsullar qarışdırılır, sonra qulaq çöpü vasitəsi ilə burun boşluğuna qoyulur və mümkün qədər çox saxlanılır. Hər dəfə uyğun olaraq bir tərəfi üstə uzanmalısınız.


Bu zaman güclü aşınma hissi yaranır və burun boşluğu və haymor ciblərindən axıntı və selik gəlməyə başlayır. Belə bir aseptik məhlulla proseduru gündə 2 dəfə, cəmi 8-10 gün davam etdirmək lazımdır. Və bu müalicənin effektliyinin dəfələrlə artğına səbəb olur:


"Unutmayın, haymoritin fəsadlaşması gözün iltihabına, üçlü sinirin nevritinə səbəb ola bilər. Burada toplanan qatı selik hətta ətraf toxumalara da sirayət edir. Buna görə vaxtında diqqət yetirilməlidir".


Aygün Musayeva