Hazırda dünyada koronavirusun 8 ştammı yayılmaqdadır – Mutasiya davam edir

  • 2020.03.28 19:25
  • 2519 Baxış
Hazırda dünyada koronavirusun 8 ştammı yayılmaqdadır  – Mutasiya davam edir


Alimlər çoxsaylı genetik tədqiqatların nəticəsində təyin ediblər ki, hazırda bütün yer üzündə koronavirusun ən azı 8 ştammı dövr edir.

Medicina.az xəbər verir ki, SARS CoV 2 daim mutasiya edir. Bəzi ştamlar əsl alovlanma yaradır, digərləri isə immunitet və karantin tədbirləri ilə ölə bilir.

Bütün elmi tədqiqat laboratoriyaları bu gün üçün yalnız bir tapşırıqla məşğuldur: hazırda yayılan SARS CoV virusunun bütün ştamlarını izləmək.

Virusun müxtəlif mutasiyaya uğrayan ştamları ağciyər, bağırsaq, qaraciyər hüceyrələrini zədələyir.

Xarici aləmdə və orqanizmdə yaşama müddətinə görə fərqlənir. Hər ştammın simptomu və sürəti də ayrıdır.

Hazırda koronavirusun canlı qalması və maksimal həddə yoluxdurması üçün münbit temperatur diapazonu davam edir.
Hazırda ABŞ-da yayılan ştamm ilk dəfə Vaşinqtonda aşkarlanan ştamdır. Bu ştam Yuhanda olan və 15 yanvarda ştatlara qayıdan insandan keçib.

Bu ştammın 3 mutasiyası var.

Bir şad xəbər də var ki, koronavirusun mutasiyası yavaş gedir və belə davam edərsə, virusun yayılma tempi azalar.