Heç bir xəstəliyi olmayıb, hələ də inana bilmirəm - Rafael İsgəndərov

  • 2025.09.29 15:31
  • 400 Baxış
Heç bir xəstəliyi olmayıb, hələ də inana bilmirəm -  Rafael İsgəndərov

"Ölüm xəbərinə hələ də inana bilmirəm".

Bu sözləri Bakuplus.az -a açıqlamasında Əməkdar artist Rafael İsgəndərov deyib.

Onun sözlərinə görə, Cabir İmanovun heç bir xəstəliyi olmayıb:

"Xəbərə çox üzüldüm. Nə deyəcəyimi bilmirəm. Çox yaxşı insan idi. Yaxşı insanı itirdik. Sağlam idi. Sonuncu dəfə dostumuzun övladının toyunda görüşdük. Nasazlığı yox idi. Başımız sağ olsun".

Xatırladaq ki, Əməkdar artist Cabir İmanov bu gün paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib.

Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, 49 yaşlı aktyorun həyatını xilas etmək mümkün olmayıb.