Həftədə 3 dəfə ağrıkəsici içmək böyrəkləri sıradan çıxara bilər

  • 2022.03.31 16:03
  • 1633 Baxış
Həftədə 3 dəfə ağrıkəsici içmək böyrəkləri sıradan çıxara bilər


Həkim təyinatı olmadan, nəzarətsiz və müntəzəm ağrıkəsici dərmanlar içmək böyrəklərdə patologiyalara səbəb olur.

Bakupost.az xəbər verir ki, bunu nefroloq Oleq Kotenko bildirib.

Böyrəklərin ikincili xroniki xəstəliklərinin səbəbləri içində dərmanların da rolu var.

“Dərmanların təlimatında velə xroniki nefrit yarada bilməsi barədə xəbərdarlıq var. İnsanlar bunu oxumur, bilmək istəmir.

Böyrəklərin zədələndiyini insan özü bilmir. O zaman əlamətlər olur ki, artıq böyrək çatışmazlığı yaranıb. Nəinki ağrıkəsici dərmanlar, həmçinin antibiotik və steroidlər də böyrəklərin qənimidir

. Ona görə də bu dərmanları yalnız həyati riski məqamlarda, ciddi ağrılarda həkim təyinatı ilə və böyrəklərin vəziyyəti yoxlanandan sonra təyin etmək lazımdır”.


Böyrəklərin sağlamlığı üçün arterial təzyiqi nəzarətdə saxlamaq və içdiyiniz dərmanlara fikir vermək lazımdır.


Aygün Musayeva
BakuPost