Pop musiqisinin usta adlarından biri olan Demet Akalın sosial medianı aktiv istifadə edir. Bu dəfə məşhur müğənni əri Okan Kurt haqqında paylaşım edib.
Medicina.az xəbər verir ki, əri Okan Kurt idman zalında əzələlərini nümayiş etdirərkən çəkdirdiyi şəkilləri paylaşıb. "Mənim də bir xəyalım var" mahnısı ilə çəkilən şəkillər diqqəti cəlb edib. Paylaşım tez bir zamanda çoxlu şərh alıb.
Ən çox danışılan cavab həyat yoldaşı Demet Akalından gəlib. Akalın ərinin paylaşımına verdiyi şərhdə "Evə gəl, nə olacağını gör", deyib.
Akalın əri haqqında bunları deyib: "İçki içmir, qumar oynamır, gecələr çölə çıxmır. Rəfiqələrimlə tətilə gedirəm, amma o, bizsiz heç yerə getmir. Onun yeganə zövqü idman etməkdir. Süni intellektlə heç bir əlaqəsi yoxdur. Həftənin 6 günü idman edir, nə yeyib-içdiyinə diqqət yetirir".
Aygün
Medicina.az