Həftənin ən stressli günü - AÇIQLANDI

  • 2023.08.08 14:16
  • 1255 Baxış
Həftənin ən stressli günü   -  AÇIQLANDI
Böyük Britaniyanın mütəxəssislər qrupu insanların iş həftəsində ən gərgin olduqları gün haqqında tədqiqat aparıb.


“Medicina” xəbər verir ki, sosioloq Qrem Uotersin rəhbərlik etdiyi mütəxəssislər qrupu müəyyən edib ki, ofis işçiləri üçün həm fiziki, həm də emosional olaraq ən çətin gün çərşənbə axşamıdır.


Eyni zamanda, çərşənbə axşamı saat 11:45-də insanlara maksimum iş yükü yükləndikdə, gərginlik ən yüksək həddə çatır.


3000 britaniyalı arasında aparılan sorğuya əsasən, iştirakçıların yüzdə 53 - dən çoxu iş həftəsinin ilk gününün çox hissəsində vəzifələrini yerinə yetirməkdən boyun qaçırdıqlarını etiraf ediblər. Mütəxəssislərin fikrincə, insanların bu davranışı, həftə sonu olan istirahət rejimini kəskin şəkildə dəyişdirməyə hazır olmamaları ilə əlaqədardır.

"İş həftəsinin ən stresli anı, çərşənbə axşamı günortadan 15 dəqiqə əvvəlki vaxtdır. Çərşənbə axşamı iş yükü baxımından ən stresli günə çevrilir. Çoxları hətta həftə ərzində nə qədər iş görməli olduqlarını anlayaraq, nahardan imtina etməyə hazırdırlar - sosioloq Qrem Uoters şərh edir.

Tədqiqat zamanı mütəxəssislər qeyd edir ki, bu iş tərzi sağlamlıq problemlərinə səbəb ola bilər. Araşdırmaya əsasən təxminən hər beş işçidən biri, işdə vaxtından çox qalır, bu vəziyyət təbii ki, həkimlərin stressin zərərli təsirlərini minimuma endirməyə çalışmaq tövsiyələrinə zidddir.

İngilis həkimlər işdəki stressin həzm sisteminə olan mənfi təzahürlərindən də danışıb. Diyetoloq Fion Hunter, iş yerindəki stresli vəziyyətlərin qarşısını almaq üçün bol maye içməli və immunitet sistemini artıran dərmanlar qəbul etməyin vacibliyini bildirib.

Xanım