"Həkimlər virus gedəcək deyirlər, mən onlara inanıram" - TRAMP

  • 2020.05.09 16:06
  • 1551 Baxış
"Həkimlər virus gedəcək deyirlər, mən onlara inanıram"   - TRAMP

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, yeni növ koronavirus son nəticədə peyvənd olmadan da yox olacaq.

“Bu hamısı peyvənd olmadan da yox ola bilər, ümid edirəm ki, biz bunu müəyyən müddətdən sonra bir daha görməyəcəyik", - deyə dövlət başçısı cümə günü Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Mən həkimlərin dediklərinə əsaslanıram. Həkimlər [virus] gedəcək deyirlər. Bu, payızda və ya ondan sonra demək deyil", - Tramp əlavə edib.

Federal və yerli hakimiyyət orqanlarının məlumatlarına əsasən hesablamalar aparan Con Hopkins Universitetinin informasiyasına görə, ABŞ-da hazırda 1,27 milyondan çox yoluxma, 76 mindən çox ölüm halı qeydə alınıb.