Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyi – Beynəlxalq konqress

  • 2025.12.22 15:21
  • 70 Baxış
Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyi  – Beynəlxalq konqress


Bu il Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyi tamam olur.
Bu münasibətlə səhiyyə sistemində silsilə tədbirlər keçirilir.
“Medicina” xəbər verir ki, ötən gün yubiley çərçivəsində Beynəlxalq Elmi – praktiki konqresi başa çatıb.
Bu barədə dosent, LOR mütəxəssis, dr. Ramil Həşimli məlumat verib.


15 il fəaliyyət göstərdiyim Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyi çərçivəsində Beynəlxalq Elmi-praktiki konqresi uğurla başa vurduq. Təşkilat komitəsi üzvü olduğum konqresdə 10 ildir üzərində çalıştığımız, tam da bu günlərdə artıq testinə başladığımız APDVoice layihəmizi həmkarlarımızla bölüşdük”.



Aygün M
Medicina.az