Türkiyədə Diyarbəkirin Kayapınar rayonunda, parkda oynadıqları iki heliumla doldurulmuş şarın partlaması nəticəsində iki qız üz nahiyəsindən yaralanıb.
Medicina.az xəbər verir ki, hadisə bu gün Diyarbəkirdə günorta saatlarında baş verib.
Parkda oynayan iki qız heliumla doldurulmuş şarları alışqanla yandırıblar. Şarlar dərhal partlayıb və uşaqların üzlərində yanıqlar yaranıb.
Hadisə yerinə tibbi qruplar göndərilib. İlkin tibbi yardım göstərildikdən sonra yaralı uşaqlar müalicə üçün xəstəxanaya aparılıb.
Qeyd edək ki, normal şəraitdə helium qazı alovlanan və ya partlayıcı deyil. Təmiz formada təhlükəsiz hesab olunur. Lakin, şar kimi qapalı mühitdə yüksək təzyiq altında saxlanıldıqda, şarın quruluşu zəiflədikdə və ya od kimi qəfil istilik mənbəyi ilə təmasda olduqda, şar sürətlə parçalana və nəticədə partlayış baş verə bilər. Bu cür qəzalarda təzyiq və parçalanan şar parçaları səbəbindən yanıqlar və xəsarətlər baş verə bilər.
Aygün
Medicina.az