Hemorroy xərçəngə çevrilirmi, babasil xəstələrini nə gözləyir? - Professordan açıqlama - VİDEO

  • 2023.06.20 15:45
  • 17674 Baxış
Hemorroy xərçəngə çevrilirmi, babasil xəstələrini nə gözləyir?  - Professordan açıqlama - VİDEO
Azərbaycanda insanların utanıb getmədiyi problemlərdən biri də babasil (hemorroy), çat, düz bağırsaq, ümumiyyətlə, proktoloji xəstəliklərdir.



Azərbaycanın tanınmış proktoloqu, professor Emin Cavadov həm xəstələrin, həm də həkimlərin yol verdiyi səhvlərdən danışıb.


Medicina.az -a açıqlamasında professor pasiyentləri düşündürən ən vacib məqamlara aydınlıq gətirib.





“Müasir insanın həyatı o qədər intensivdir ki, insanların çoxu müraciət etməyə vaxt tapmır, həyat şəraiti özü bəzi xəstəlikləri yaradır. Çox vaxt da hemorroyu aptek səviyyəsində və ya xalq təbabəti ilə həll etməyə çalışırlar. İnternetə baxıb müalicə olunurlar.

Amma unudurlar ki, bəzən düz bağırsaq xərçəngi hemorroya bənzər simptomlar verir, bu da vaxt itkisinə səbəb olur, həkimə gələndə artıq gecikmiş mərhələ görürük.


Bəzən yanlış olaraq yazırlar ki, hemorroy guya əməliyyat olunmasa, xərçəng ola bilər, amma hemorroidial toxuma heç vaxt xərçəng olmur. Amma əgər duz bağırsaqda artıq xərçəng varsa, onun bəzi simptomları hemorroyu tətikləyir.
İlk simptomlar olan kimi: şişkinlik, qanama, ifrazat, ağrı yaxşı olar ki, peşəkar həkimə müraciət etsinlər.

Acınacaqlı bir tendensiya da var, bu gün hproktoloqlar artıb, amma digər ixtisasda olub babasili də müalicə edənlər çoxalıb.


Qapıdan girən xəstəni “sən gecikmisən, bu şişə çevriləcək” deyərək qorxudurlar. Bəzi hallarda hər hemarroyu olan xəstəni əməliyyata salmaq olmaz.


Hemorroyun 4 mərhələsi var: elə mərhələsi var, ancaq müalicə tələb edir. Bəzən hemorroy digər xəstəliklərlə yanaşı, simbioz gedir. Buna düzgün diaqnoz qoymaq lazımdır.


Əgər görsək ki, vəziyyət ağırdır, hemorroy 3-4-cü mərhələdədir, qanaxma çoxdur, xəstənin yanaşı xəstəlikləri də var, o zaman pasiyentə başa salırıq ki, bunun dərmanla müalicə şansı yoxdur, bu toxuma götürülməlidir.


Bəzən olur ki, illərlə 3-cü dərəcə hemorroy var, amma pasiyent uyğunlaşıb, onun həyatına təsir etmir. Epizodik qanama olur, olub keçir, düyün çox çölə çıxmır, pis hiss etmir özünü. Ayrı bir qorxulu vəziyyət yoxdursa və xəstə əməliyyat istəmirsə, onu zorla etmək düzgün deyil.


Yox əgər güclü qan itkisi gedirsə, hər tualetə gedəndə qan açılırsa, təbii ki,burda əməliyyat göstərişdir.

Bəzən cavan yaşda, aktiv mərhələdə insanlar bunu sonraya saxlayır, vaxt tapmır, yaşlaşanda edərəm düşünür.


Amma mən bir həkim kimi demək istəyirəm ki, elə gənc yaşda hemorroydan qurtulmaq lazımdır. Çünki praktikamız göstərir ki, 60 yaşda xəstədə başqa xroniki xəstəliklər olur, məsələn ürək çatışmamazlığı, stent qoyulur, diabet xəstəliyi, xərçəng xəstəliyi. Heç nəyə zəmanət yoxdur.

Hazırda ürək damarlarına stent qoyulması, şuntlama geniş yayılıb. Belə xəstələrə qandurulducu təyin edilir. Bu dərmanlar da hemorroyu daha da qanadır. Həkim bilmir ürəyi müalicə etsin, yoxsa babasili. Belə xəstələri əməliyyat da etmək olmur. Çünki xəstənin laxtalanma sistemi pozulub.

Ona görə də o yaşlara, mərhələlərə çatdırmaq lazım deyil. Nə qədər gəncsiz, orta yaşdasız, hemorroyu həll etmək lazımdır”.


Həkimin qəbulu üçün:

Caspian International Hospital
Badamdar qəsəbəsi, 1-ci yasayis massivi 31,
(012) 502 50 16



Aygün Musayeva
Medicina.az