Həqiqi yaşımız damarlarımızın vəziyyətindən asılıdır - Uzman həkim

  • 2022.03.28 14:20
  • 1620 Baxış
Həqiqi yaşımız damarlarımızın vəziyyətindən asılıdır  -  Uzman həkim

"İnsanın damarları neçə yaşındadırsa, özü də həmin yaşdadır."

İnsan yaşlaşdıqca damarların sağlamlığı pozulur - damarlar elastikliyini itirir, daha kövrək və partlamaya meylli olur, damarların daxilində xolesterin yığılır. Nəticədə damarlar daralır və bəzən tam qapanır.

Medicina.az xəbər verir ki, ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyevin sözlərinə görə, bu prosesi mümkün qədər ləngitmək üçün yaşımızdan asılı olmayaraq damarların sağlamlığına faydalı gələcək tövsiyələrə əməl etməliyik:

- Duz və şəkər qəbuluna diqqət etməliyik.
- Siqaret və spirtli içkilərdən uzaq durmalıyıq.
- Artıq çəki və piylənmə varsa, sağlam yolla arıqlamalıyıq.
- Gün ərzində kifayət qədər su içilməlidir.

- Fiziki aktiv olmaq lazımdır (minimum gündə 30 dəqiqə gəzmək).
- Qidalanmada doymuş yağ qəbulunu məhdudlaşdırmaq lazımdır.
- Mövsümə uyğun meyvə-tərəvəz qəbul edilməlidir.
- Meyvə-tərəvəz çox, qırmızı ət az yeyilməlidir.

- Süd və süd məhsulları az yağlı olaraq qəbul edilməlidir.
- Rasionda balıq olması məsləhətdir.