Hər gün iki qaşıq alma sirkəsini suya qarışdıraraq içməyin faydaları saysız-hesabsızdır.
Medicina.az xəbər verir ki, mütəxəssislər xüsusilə səhər saatlarında iki xörək qaşığı alma sirkəsini bir stəkan suya qarışdıraraq içməyin immunitet sistemini gücləndirəcəyini bildirirlər.
Alma sirkəsi tərkibindəki təbii turşular sayəsində həzmi asanlaşdırır, eyni zamanda maddələr mübadiləsini sürətləndirir.
Antibakterial xüsusiyyətləri ilə tanınan alma sirkəsinin ağız sağlamlığından dəri baxımına qədər bir çox müsbət təsirləri var.
Bununla belə, mütəxəssislər alma sirkəsinin mütləq su ilə içilməli olduğunu vurğulayırlar.
Turşu quruluşuna görə mədə həssaslığı olan insanların həkim nəzarəti altında istifadə etmələri tövsiyə olunur.
Aygün
Medicina.az