Cinsi əlaqənin tezliyi cütlüklərin fiziki və emosional gözləntilərini nə dərəcədə yerinə yetirmələri ilə birbaşa əlaqəlidir. İdeal tezlik hər kəs üçün dəyişə bilər və vahid düzgün rəqəm yoxdur. Həm fiziki sağlamlıq, həm də münasibət dinamikası əsas amillərdir. Məsələn, bəzi cütlüklər həftədə bir neçə dəfə cinsi əlaqədə olurlar, digərləri isə ayda yalnız bir neçə dəfə bununla kifayətlənirlər. Əsas məsələ hər iki partnyorun özlərini rahat və xoşbəxt hiss etdikləri bir tarazlıq tapmaqdır.
Bəs hər gün cinsi əlaqədə olmaq olarmı?
Medicina.az xəbər verir ki, hər gün cinsi əlaqə olmaq olar, əgər hər iki tərəf özünü yaxşı hiss edirsə və buna razıdırsa. Tibbi baxımdan sağlam insanlar üçün hər gün cinsi əlaqənin xüsusi bir ziyanı yoxdur.
Ola bilər, əgər:
• Hər iki tərəf istəkli və rahatdır
• Ağrı, yorğunluq və ya narahatlıq olmur
• Gigiyena qaydalarına riayət edilir
Bəzən diqqətli olmaq lazımdır:
• Qadında ağrı, quruluq və ya infeksiya yaranırsa
• Kişidə yorğunluq və ya həddindən artıq halsızlıq olarsa
• Hamiləlik və ya bəzi ginekoloji problemlər olduqda həkim məsləhəti lazım ola bilər
Cinsi əlaqənin tezliyi sağlamlığa görə sabit bir norma ilə ölçülmür. Bəzi cütlüklər üçün həftədə bir neçə dəfə, bəziləri üçün isə hər gün normal hesab olunur.
Aygün
Medicina.az