Hər gün ən azı 500 nəfər qəbul ediləcək – Vüqar Qurbanov

  • 2025.11.20 13:41
  • 67 Baxış
Hər gün ən azı 500 nəfər qəbul ediləcək –  Vüqar Qurbanov

"Bu gün istifadəyə verilən Robotik Reabilitasiya Mərkəzində 50-yə yaxın əməkdaş çalışacaq. Burada Azərbaycanda təhsil almış mütəxəssislərə 6 ay müddətində təlimlər keçilib”.

Medicina.az xəbər verir ki, bu məlumatı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bu gün keçirilən brifinqdə açıqlayıb:

“Gündəlik minimum 500 nəfərin qəbulunu planlaşdırırıq. İl ərzində 150-200 min nəfərə xidmət göstəriləcək. Burada müxtəlif xəstəliklərdən əziyyət çəkən və reabilitasiyaya ehtiyacı olan şəxslər üçün nəzərdə tutulub”.