Hər gün içki içənlər qaraciyərini bu qida ilə qorumalıdır – ÇİN ALİMLƏRİ

  • 2019.12.19 20:15
  • 29801 Baxış
Hər gün içki içənlər qaraciyərini  bu qida ilə qorumalıdır  – ÇİN ALİMLƏRİ

Alimlər çox içki içib, alkoqoldan asılı insanların qaraciyərini qorumaq və bərpa etmək yollarını açıqlayıb.
Medicina.az xəbər verir ki, Çinin Kənd Təsərrüfatı universitetinin alimləri alkoqoldan sonra qaraciyəri bərpa edən qidanı açıqlayıblar.

Belə ki, siçanlar üzərində təcrübə göstərib ki, süd turşuları, süd məhsulları, probiotiklərin tərkibində olan Laktobakteriyalar bağırsaq mikroflorasını tənzimləyir, burdan da qaraciyərin zədələnmiş hüceyrələnin bərpası gedir.

Məlumdur ki, xroniki alkoqol istifadəçilərinin qaraciyərində piylənmə, steatoz, sirroz, hətta xərçəng olur.

Laktobakteriyalar kefir, yoqurt, qatıq, süd zərdabı, kəsmik, xama, bərk pendir növlərində olur.

Eləcə də apteklərdə satılan hazır probiotiklərdə olur.