Hər gün kartof yesək, orqanizmdə nə baş verər?

  • 2022.08.24 15:33
  • 3029 Baxış
Hər gün kartof yesək, orqanizmdə nə baş verər?


Azərbaycanda ailələrin ən çox yediyi qarnir kartofdur. Ucuz və doyumludur, amma artıq yeyiləndə kartof də bədənə zərərlidir.

"Medicina" hər gün kartof yeyənlərdə nə baş verə biləcəyini araşdırıb.

Əslində karyof polifenollarla zəngindir, o orqanizmi xərçəngdən qoruyur.

Kartof yeyən qadınlarda süd vəzi xərçəngi riski azalır.

Amma burda bir şeyi nəzərə alın ki, söhbət qabığında bişirilmiş kartofdan gedir. Marqarində qızardılmış kartof-fridən yox.

Perdyu universitetinin alimləri sübut edib ki, kartof yüksək təzyiq xəstələri üçün əla seçimdir. Amma bunun üçün gündə 1 kartof yemək kifayətdir.

Təəssüf ki, diabet xəstələri üçün kartof yolverilməzdir.

Çiy kartofda qlikemik dəyər elə də çox deyil, amma qızardarkən, bişərkən o artır. Çünki bu zaman o nişastanı itirir və sürətli həll olan karbohidrata çevrilir.

Kartofda olan çox miqdar nişasta süd turşusunu artırır, bu da dişlərin çürüməsinə, kariyesə səbəb olur.

Böyrəyində problem olanlar kartofu unutsunlar, çünki onda olan kaliy böyrəklər üçün artıqdır.


Aygün Musayeva