Hər il verməli olduğunuz vacib analizlər – SİYAHI

  • 2021.03.18 19:12
  • 5154 Baxış
Hər il verməli olduğunuz vacib analizlər  – SİYAHI

Xəstəliyi önləmək, qarşısını almaq daha asandır, nəinki müalicə etmək.


Ona görə də bəzi analizlər var ki, onları müntəzəm verərək, orqanizminizin vəziyyətindən xəbərdar ola bilərsiniz.

Medicina.az il ərzində heç olmasa bir dəfə aşağıdakı analizlərə verməyin vacib olduğunu bildirir.

1. Qanın ümumi analizi – CRP ilə birgə

Bu ən yaxşı, geniş diaqnostik analizdir. Orqanizmdə ümumi dəyişikliklər, qanın ümumi vəziyyəti, qanazlığı, ürək problemi, iltihab, ağciyər xəstəlikləri, hətta xərçəngi də göstərə bilir.

Təbii ki, peşəkar həkimin analizi cözməsi ilə

2. Qanın biokimyəvi analizi

Bu analiz xəstəliklər zamanı verilir. Mədəaltı vəz, öd. qaracyər, endokrin sistemin vəziyyətini göstərir. Şəkərli diabeti də görmək olur. Mütləq ildə 1 dəfə verilməlidir.

3. Sidiyin ümumi analizi

Orqanizm və sidik sistemi barədə 20 göstəricini özündə birləşdirir. Böyrəklər, ürək, virus infeksiyaları, nefrit, hipertemiya və s. göstərir.

4. QİÇS və hepatitlər analizi

QİÇS (VİÇ) və hepatit B, C analizləri mütləq hər il verilməlidir. Çünki bu xəstəliklər əlamətsiz başlayır və orqanizmdə hüceyrələri məhv edir, qaraciyər çatışmamazlığına səbəb olur

5. Qalxanvari vəz hormonal analiz

Qadınların sevimli analizi olmalıdır. Sinir sistemi, yod defisiti, hormon əskliyi, artıqlığı, hamiləlikdən öncə,sonrakı vəziyyəti göstərir. Hormonlar bütün bədəni idarə edir. Çox xəstəliklər onlardan asılıdır.

6. Koproqramma

Ümumi nəcis analizi. Bağırsaq xəstəlikləri, həzm, bağırsaq mikroflorası pozulmasını, iltihabını göstərir. Bu analizdən 1 həftə öncə antibiotik qəbulunu dayandırmaq lazımdır.
İstənilən xəstəlik zamanı bu analiz verilməlidir

7. Onkomarkerlər

Bədxasəlli şişlərin növlərinə görə müxtəlif onkomarkerlər verilir. Şişlər zamanı qanda bu markerlər artır.
40 yaşdan sonra hər kəs ildə 2 dəfə 6 aydan bir verməlidir.