“Hər koronavirus xəstəsinə təyin etmək doğru deyil”- Məşhur pulmonoloq DEKSAMETAZON barədə

  • 2020.07.06 20:01
  • 4279 Baxış
 “Hər koronavirus xəstəsinə təyin etmək doğru deyil” -  Məşhur pulmonoloq DEKSAMETAZON  barədə



Dexamethasone adlı dərman barədə ÜST məlumat verən kimi, Azərbaycanda əhali bu preparata az qala hücum etdi. Testi pozitiv çıxan, çıxmayan, temperaturu 37-ni keçən dərhal deksametazon vurur.

Medicina.az xəbər verir ki, hazırda İspaniyada olan pulmonoloq Əlizamin Sadiqov deksametazonun kimlərə təyin edilə biləcəyini açıqlayıb:

“ Elə bütün COVID-li xəstələrə deksametazon tətbiq edilmir. Xəstəliyin başlanğıcında, simptomsuz dövründə bu doğru addım deyil.

Deksametazon yalnız xəstəliyin 8-ci günündən sonra, ağciyər zədələnməsi, təngnəfəslik, yəni tənəffüs çatışmazlığı və hipoksiya, xəstədə oksigen azlığı olarsa tətbiq olunur. Harda ki, Sitoken fırtınası. Sepsis, orqan iflası gözlənilir.

Deksametazon çox az dozada sutkada 6 mq təyin edilir. O, yalnız reanimasiya və intensiv terapiya şöbələrində yatan və ağciyərləri kəskin zədələnməyə doğru gedən xəstələrə verilə bilər. Hər koronavirusa yoluxana Deksametazon göstəriş deyil.