Hamiləlik və doğuş hər bir ailənin həyatında ən önəmli mərhələlərdən biridir. Bu prosesdə qadınlar ən çox bir sualla qarşılaşır:
“Mən necə doğuş edəcəyəm – təbii yoxsa keysəriyyə?”
Bu sualın cavabı isə yalnız bir seçim deyil — tibbi göstərişlər, ana və körpənin vəziyyəti, eləcə də həkimlə pasiyent arasındakı düzgün əməkdaşlıqla müəyyən olunur.
Doğuş üsuluna kim qərar verir?
Medicina.az xəbər verir ki, HəkimPostu verilişinin qonağı mama-ginekoloq Aynurə Abdullayevanın sözlərinə görə, son qərar əsasən hamiləliyi izləyən həkimə aiddir.
Lakin bu qərar tək tərəfli olmamalıdır.
Həkim tibbi vəziyyəti qiymətləndirir..
Ana öz istəklərini və narahatlıqlarını bildirir.
Nəticədə qərar birgə verilir.
Qərar həkim və pasiyent arasında olmalıdır
Ailə üzvlərinin (ana, qaynana və s.) müdaxiləsi çox zaman prosesi çətinləşdirir və risk yarada bilər.
Praktikada tez-tez belə hallara rast gəlinir:
Qaynana və ya yaxınlar təbii doğuşda israr edir.
Tibbi göstərişlər isə keysəriyyəni tələb edir.
Bu zaman qadın riskə atılır.
Mütəxəssis vurğulayır ki, hər qadın təbii doğuş üçün yaradılıb, amma hər qadın doğuş edə bilməz.
Çünki:
anatomik uyğunluq
çanaq ölçüləri
ana və dölün vəziyyəti
doğuşun mümkün olub-olmamasını müəyyən edir.
Təbii doğuş mümkün olmadıqda nə baş verir?
Bəzi hallarda qadın doğuşa buraxılsa da, proses uğurlu getmir.
Məsələn: ana bədən quruluşuna görə doğuşa uyğun olmur
doğuş prosesi ləngiyir. Uşaq doğuş kanalında düzgün yerləşmir
Bu zaman artıq keysəriyyə əməliyyatı qaçılmaz olur.
Hansı hallarda təcili keysəriyyə edilir?
Təbii doğuş zamanı belə, vəziyyət qəfil dəyişə bilər.
Əsas səbəblərdən biri:
dölün başının düzgün yerləşməməsi
Bu zaman:
doğuş ləngiyir
körpə oksigensiz qala bilər (hipoksiya)
Bu isə körpə üçün ciddi riskdir.
Belə hallarda həkim dərhal qərar verir və ana əməliyyata alınır.
Doğuş prosesində müdaxilə bəzən qaçılmazdır
Əsas məqsəd ana və körpənin sağlamlığıdır, doğuşun necə olması yox, nəticənin sağlam olması önəmlidir
Mama-ginekoloqların əsas məqsədi:
➡️ sağlam ana
➡️ sağlam körpə
Hansı üsulla olmasından asılı olmayaraq, doğru qərar hər zaman tibbi göstərişlərə əsaslanmalıdır.
Ailə təzyiqi, qorxu və ya yanlış məlumatlar bu prosesi riskli edə bilər.
Aygün Musayeva
Ətraflı videoreelzlərdə: