Hindistanda qripdən İLK ÖLÜM

  • 2023.03.11 11:29
  • 1038 Baxış
Hindistanda qripdən  İLK ÖLÜM
Hindistanın Karnataka əyalətində 82 yaşlı kişi H3N2 (Qrip A) virusu səbəbilə dünyasını dəyişib.


Bakupost.az xəbər verir ki, bu şəxs ölkədə qripdən ölən ilk insandır.

Həkimlər onun diabet və hipertoniya kimi xəstəliklərinin olduğunu da qeyd edib.

Bildirək ki, Haryana əyalətində də 56 yaşlı xəstəyə H3N2 diaqnozu qoyulub. O, martın 8-də evində cansız tapılıb. Səlahiyyətli şəxslər isə bu şəxsin ağciyər xərçəngi olduğunu bildirib.

Mütəxəssislər, ölkədə 90-a yaxın insanda "H3N2" virusu aşkarlandığını açıqlayıb. Onlar yoluxma sayının ay sonuna doğru azalacağını gözləyir.