Hollivud aktyoru dəhşətli depressiyadan necə çıxdığını açıqladı

  • 2023.07.21 18:41
  • 1411 Baxış
Hollivud aktyoru dəhşətli depressiyadan  necə çıxdığını açıqladı

Hollivud ulduzu Mett Daymon depresiya ilə necə mübarizə apardığını, bu müddətdə sevginin hər şeyə qalib gəldiyini açıqlayıb.


“Medicina” xəbər verir ki, aktyor “Oppenheimer” filminin premyerasının press-turunda uğura gedən yoldakı çətinliklərdən danışıb.

Sənətçi layihələrindən birinin çəkilişi zamanı dərin depressiyanın onu bürüdüyünü etiraf edib. Bu, onun üçün əsl sınaq idi, amma sevdiyi həyat yoldaşı çətin anlarında həmişə yanında olub.

Çəkilişin ortasında həyat yoldaşım məni ruhlandırırdı, çünki depressiyaya düşmüşdüm, hələ qarşıda aylarla işim var idi. Ailəmi də özümlə apardım, onları iş qrafikimdən ayırmadım, amma təəccübləndim: “Mən nə etdim, niyə buradayam?.


Mett Daymon və həyat yoldaşı Lusiana Barrozu 2005-ci ildə evləniblər. Onlar üç gözəl qız böyüdürlər.

Günay Quliyeva