Hollivud aktyorunda alın-gicgah demensiyası aşkarlandı

  • 2023.02.17 18:07
  • 1826 Baxış
Hollivud aktyorunda alın-gicgah demensiyası  aşkarlandı

Məşhur aktyor Brüs Ullisin xəstəliyi getdikcə şiddətlənir.

“Bakupost” xəbər verir ki, 67 yaşlı ulduzun diaqnozu daha da dəqiqləşib. O, LVD kimi tanınan alın-gicgah payı beyin zəifləməsindən əziyyət çəkir.

Ailəsi bildirib ki, 2022-ci ildən yaddaşında problemlər başlayan aktyor karyerasını tamamlayıb.
Bu xəstəlik daha çox insanın xarakter və danışığını zədələyir.

Məhz 60 yaşlarda olan insanlarda bu forma demensiya olur.

Keçən il aktyor senariləri oxumaq, yazmaq, yadda saxlamaq və danışmaqda əziyyət çəkdiyini demişdi.

Hazırda xəstəliyin dərmanı və müalicəsi yoxdur, amma o, həkim nəzarətindədir.

Aygün Musayeva