Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hoqanın ölüm səbəbi elan edildi

  • 2025.08.02 07:52
  • 118 Baxış
 Hoqanın ölüm səbəbi elan edildi

Hulk Hoqan iyulun 24-də 71 yaşında vəfat edib. Həkimlər çağırış zənginə saat 9:51-də gəliblər. Əvvəlcə onlar ürək masajının köməyi ilə güləşçini xilas etməyə çalışıblar, sonra o, xəstəxanaya çatdırılıb və orada saat 11:17-də vəfat edib.


“Medicina” xəbər verir ki, New York Post qəzetinin yazdığına görə, Hoqan həyatı boyu 25 əməliyyat keçirib.

Bu yaxınlarda steroid istifadəsi və rinqdə 40 il çıxış edərkən aldığı zədələr səbəbindən səhhətində problemlər yaranmışdı.

2025-ci ilin iyununda onun keçmiş dostu Todd Klem Hoqanın xəstəxanada olduğunu və sağ qala bilməyəcəyini söylədi.

Daha sonra güləşçinin həyat yoldaşı Sky dedi ki, bu söz-söhbətlər həqiqətə uyğun deyil.

O, Hoqanın may ayında edilən boyun əməliyyatından sağaldığını təsdiqləyib. Eyni zamanda, Sky güləşçinin özünü yaxşı hiss etdiyini və "güclü ürəyi" olduğunu iddia edirdi.

Aygün Musayeva