Hormon terapiyası qadınlarda demensiya riskini azalda bilər

  • 2026.08.28 13:15
  • 127 Baxış
Hormon terapiyası qadınlarda demensiya riskini azalda bilər

Yeni araşdırmaya görə, hormon terapiyasından istifadə qadınlarda demensiya riskinin azalması ilə əlaqəli ola bilər.

Medicina.az xəbər verir ki, tədqiqatçılar hormon terapiyasının xüsusilə menopauza dövründə qadınların beyin sağlamlığına təsirini araşdırıblar. Nəticələr bu müalicənin bəzi qadınlarda demensiyanın inkişaf ehtimalını aşağı sala biləcəyini göstərib.

Mütəxəssislər isə nəticələrin hormon terapiyasının demensiyanın qarşısını aldığı anlamına gəlmədiyini vurğulayırlar. Müalicənin fayda və riskləri qadının yaşı, sağlamlıq vəziyyəti və digər amillər nəzərə alınmaqla həkim tərəfindən qiymətləndirilməlidir.

Xanım,
Medicina.az