Hündür yerdən yıxılan xəstə sağ qaldı - Əməliyyat olundu

  • 2024.04.23 15:28
  • 290 Baxış
Hündür yerdən yıxılan xəstə sağ qaldı   - Əməliyyat olundu

Hündürlükdən yıxılaraq ağır açıq kəllə-beyin travması alan pasiyent Respublika Neyrocərrahiyyə Xəstəxanasında uğurlu əməliyyatdan sonra ambulator müalicə üçün evə buraxılıb.

"Medicina" xəbər verir ki, 3 ay əvvəl yaşadığı mənzildə hündürlükdən yıxılaraq ağır açıq kəllə-beyin travması alan və koma vəziyyətində təcili tibbi yardım vasitəsilə pasiyent Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib. KT müayinəsinə əsasən beyin kötüyünün əzilməsi, qansızma və ənsə nahiyəsində basılmış qəlpəli sınıqlar aşkar edilib.

Pasiyent Vüsal Məmmədov tərəfindən uğurlu əməliyyat olunaraq yüngül nevroloji defisitlə evə yazılıb.

Medicna.az