I kurs tələbəsi öldü

  • 2026.04.07 14:26
  • 241 Baxış
 I kurs tələbəsi öldü

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsinin tələbəsi dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, Fizika müəllimliyi ixtisasının I tədris ilinin tələbəsi Esmira Elxan qızı İsyeva vəfat edib.

Qeyd edək ki, E.İsayeva ötən gün Abşeron rayonu Xırdalan şəhərində yaşadığı “AAAF Park” yaşayış sahəsindəki 12 mərtəbəli binanın 7-ci mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılaraq ölüb.