İcbari tibbi sığorta haqlarının tutulması təxirə salındı - 9 ay

  • 2020.03.30 12:10
  • 1897 Baxış
İcbari tibbi sığorta haqlarının tutulması təxirə salındı -  9 ay
Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə 2021-ci ilin yanvarın 1-dən icbari tibbi sığorta ödəməyə başlanılacaq.

Bu Milli Məclisin bu gün keçirilən iclasında qəbul edilən “Tibbi sığorta haqqında” qanuna dəyişiklikdə əksini tapıb.


Qüvvədə olan qanuna əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə, 2020-ci il aprelin 1-dən icbari tibbi sığorta ödəməyə başlanılacaqdı. Dəyişikliyə əsasən, bu müddət 2021-ci il yanvarın 1-dək uzadılıb.