Rusiya Kənd Təsərrüfatı Nazirliyinə tabe olan “Aqroeksport” mərkəzinin məlumatına görə, Rusiya arağının əsas idxalçıları arasında dəyişikliklər baş verib. Çin ilk beşlikdən çıxıb, onun yerini İsrail tutub. Bununla yanaşı, Azərbaycan Rusiya araq məhsullarının əsas alıcıları sırasında mövqeyini qoruyub.
Bakupost.az “RBC”-yə istinadən xəbər verir ki, məlumatlara görə, Rusiya arağının ən böyük idxalçısı yenə də Qazaxıstan olub. Bu ölkəyə tədarükün həcmi 22 milyon dollardan 25 milyon dollara yüksəlib.
Gürcüstan 6,5 milyon dollarlıq idxalla ikinci yerə yüksəlib
Azərbaycan isə idxal həcmini təxminən 1 milyon dollar artırsa da, reytinq cədvəlində üçüncü yerə geriləyib. Azərbaycanın 6 milyon dollardan çox idxal etdiyi vurğulanır.
Dördüncü yerdə Ermənistan qərarlaşıb. İrəvanın araq idxalı 5,5 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 1 milyon dollar çoxdur.
Medicina.az