İçki içmək genetikada xərçəng xəstəliyi riskini artırır - Alim

  • 28 İyl 2022 15:33
  • 1196 Baxış
İçki içmək genetikada xərçəng xəstəliyi riskini artırır   -   Alim


Genetiklər sübut ediblər ki, alkoqol genetikada xərçəngi aktivləşdirir.

Bakupost.az xəbər verir ki, Oksford, Pekin və Kitay tibb universitetlərinin alimləri 11 illik elmi müşahidələrinin nəticələrini açıqlayıblar.

Onlar 150 min nəfəri əhatə edən tədqiqatda spirtli içkilərin xərçəng riskini artırdığını sübut ediblər.

Çinlilər və Şərqi Asiyanın digər xalqlarında 2 genetik variant var, onlar alkoqola dözümlülüyü azaldır.

Hətta az miqdarda da içki içəndə əks təsirlər baş verir.

Bu mutasiyalar içki içdikdə qanda toksinlərin toplanmasına səbəb olur, toksiki asetaldeqid - I qrupa aid kanserogen birləşmə yaradır.
Çində qadınlar nadir halda içki içdiyi üçün alimlər qadınlarla kişilər arasında fərqi araşdırıb.

Məlum olub ki, hər həftə müntəzəm içki içən kişilərdə xərçəng əmələ gəlib.

Çində genetik olan alkoqol dözümsüzlüyü olan kişilər az içki içdiyi üçün onlarda xərçəng riski 14% az olub.

Sübut olunub ki, alkoqol qida borusu, baş, beyin, bağırsaq,qaraciyər xərçənginə səbəb olur.