İçki qəbul etməyənlərin qaraciyərini sıradan çıxaran - QİDALAR

  • 23 Noy 2021 16:56
  • 1145 Baxış
İçki qəbul etməyənlərin qaraciyərini sıradan çıxaran   - QİDALAR


Qaraciyər çatışmazlığı və sirroz daha çox spirtli içkidən və virus hepatitlərindən yaransa da, həkimlər içki içməyənlərdə də bu problemləri aşkarlayır.

Belə xəstələrdə qaraciyəri məhv edən bəzi qidalar olur.

Medicina.az xəbər verir ki, kolbasa, sosis, hisə verilmiş ət məhsulları və mağaza un məmulatları qarın daxilində visserial piyin artmasına və qaraciyərin piylənməsinə səbəb olur.

Doymuş yağlarla zəngin hazır qidalar qaraciyərdə fibroz, sirroz və digər ağır fəsadlar yaradır.

Qaraciyərin normal fəaliyyəti üçün karbohidratları azaltmalı, şirniyyat, yüksək qlikemiks indeksli ərzaqlardan uzaq durmaq lazımdır.

Şirin qazlı içkilər, fruktoza və s. zəngin içkilər, energetiklər də orta yaşlarda kişilərdə qaraciyərdə fəsadlar üzə çıxarır.
Ona görə də içki içmirəm qaraciyərim sağlamdır kimi düşüncələr yanlışdır.

MEDİCİNA.AZ