İflic olan xəstə fikir gücü ilə yeməyə başladı - Yeni kəşf

  • 05 İyl 2022 15:59
  • 574 Baxış
İflic olan xəstə fikir gücü ilə yeməyə başladı    - Yeni kəşf

30 ildir iflic olan xəstə fikir təlqinin gücü ilə yemək yeməyə başlayıb.


Bakupost.az xəbər verir ki, ABŞ-ın Con Hopkins universitetinin tibb alimləri yeni beyin-komputer modeli yaradıblar.

Bu sistem köməyilə pasiyent robotlaşdırılmış protezləri minimal zehni səy göstərərək, fikir gücü ilə idarə edir.


Tədqiqatçıların sözlərinə görə, komputer-beyin pasiyentin beynindəki neyron siqnalları dekodlaşdırı və onları müxtəlif hərəkətlərə çevirir. Məsələn, onun köməyilə ekranda kursor hərəkət edir, əşya götürülür, yemək yeyə bilir.

Alimlər bu komputerlə robotlaşdırılmış əlləri bədəninin yuxarı hissəsi iflic olmuş xəstəyə qoşublar.

Kişi əl barmaqlarını hərəkət etdirə bilmirdi.

Komputerin təlqini ilə kəsmək üçün yer seçin əmrinə uyğun əllərini hərəkət etdirib, robot protez isə onu icra edib.

Bu yolla əzələnin hərəkətini beyindən siqnal alan robot protez qol həyata keçirib, nəticədə xəstə 30 ildən sonra ilk dəfə özü yemək yeyə bilib.

Alimlər intelektual protezləri təkmilləşdirərək, əlil və iflic xəstələrini yenidən həyata qaytarmağın mümkünlüyünü deyir.


Aygün Musayeva
BakuPost