Şirniyyat, adətən, iftarda yeməkdən 1-2 saat sonra qəbul edilməlidir!
İftarda yeməklərdən dərhal sonra şirniyyat qəbulu artıq çəkiyə səbəb olur. Şirniyyat, adətən, yeməkdən 1-2 saat sonra qəbul edilməlidir. Şərbətli şirniyyatların əvəzinə yarım porsiya südlü şirniyyat qəbul edilməsi daha məqsədəuyğundur.
Medicina.az xəbər verir ki, mütəxəssislərin fikrincə, şirniyyatın növü, miqdarı və qəbul saatı uyğunsuz olduqda isə artıq çəkiyə və şəkər səviyyəsinin pozulmasına gətirib çıxara bilər.
Odur ki, xüsusilə iftar zamanı çox yağlı, şəkər miqdarı çox olan, undan hazırlanmış şirniyyatları süd və süd məhsullarından hazırlanmış, qlikemik indeksi nisbətən az olan meyvələrdən (xüsusilə, turşməzə) hazırlanmış salatlarla əvəz etmək daha məqəsədəuyğundur. Belə ki, südün tərkibindəki zülal gec həzm olunduğu üçün xüsusilə, imsak sonrası qanda şəkərin miqdarının kəskin azalmasının qarşısını alaraq əzələ itkisindən qoruyur.
İftarı bir xurma ilə açmaq şirniyyat istəyimizi nisbətən səngidə, iftardan 2 saat sonra qəbul olunan bir porsiya meyvə isə günlük ehtiyacımızı qarşılaya bilər. Şirniyyatdan çox istifadə halları gün boyunca susuzluğa səbəb olacağı üçün iftar və imsakda çox miqdarda su qəbul etmək məsləhətdir.
Enerji mənbəyimiz olan şirniyyatlardan istifadəni Ramazan ayı boyunca minimuma endirmək daha rahat oruc tutmağımıza şərait yaradar.
medicina.az