İki dəqiqəyə nəticə verən koronavirus testi hazırlanıb

  • 2020.04.01 11:40
  • 1159 Baxış
 İki dəqiqəyə nəticə verən koronavirus testi hazırlanıb
ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) iki dəqiqədə nəticə verən koronavirus testinin sınaqdan keçirilməsinə razılıq verib.

Test Los-Anceles şəhərində yerləşən “Bodysphere” şirkəti tərəfindən hazırlanıb. Yoxlamalar ancaq tibb işçiləri tərəfindən həyata keçirilə bilər.



Şirkətdən bildirilib ki, test epidemiyanın daha çox yayıldığı bölgələrə göndəriləcək. Bunun üçün federal və yerli nümayəndələrlə əməkdaşlıq edilir.