İldə 2 dəfə mütləq verilməli 12 ANALİZ – Vacib SİYAHI

  • 2020.01.06 20:30
  • 6080 Baxış
İldə 2 dəfə mütləq verilməli 12 ANALİZ –  Vacib SİYAHI

Xəstəlikləri vaxtında aşkarlamaq, sağlamlığı qorumaq üçün bu analizləri ildə 1-2 dəfə verməyiniz mütləqdir.

Medicina.az ən vacib analizləri təqdim edir.


- Ürək-damar sisteminin xəstəliklərini diaqnoz etmək üçün qanın biokimyəvi və ümumi analizi ildə 2 dəfə, hər 6 aydan bir verilməlidir

- Eləcə də lipid və qanda xolesterin analizi də ürək-damar üçün vacibdir

- Qaraciyər xəstəlikləri üçün ALT və AST analizləri qanda verilməlidir

- Tromb yaranmasına şübhə varsa, koaquloqramma analizi mütləqdir. Qanın laxtalanmasını təyin edir

- Şəkərli diabet və gizli şəkər də qəfil gəlir. Amma öncədən bilmək olar. Bunun üçün ildə 2 dəfə qanda qlükoza-aclıq və toxluq, insulin dirənci analizi verilir. İldə 2 dəfə

- Nəcisdə gizli qan analizi – bağırsaq xoraları, xərçəngi, mədə-bağırsaq xəstəlikləri üçün verilir

- Qadınlar uşaqlıq yolu xərçənginə qarşı ildə 1 dəfə uşaqlıq boynunun yaxma analizi – ildə 1 dəfə
- Leykoz üçün – qanın ümumi analizi

- Hormonal disbalansı yoxlamaq üçün qalxanvari vəz hormonlarının analizi. Xüsusən qadınlar ildə 2 dəfə
- Sidiyin ümumi analizi – sidik sistemi infeksiyaları üçün. İldə 2 dəfə

- Hepatit geniş yayıldığı üçün – ildə bir neçə dəfə qanda hepatit analizləri. Xüsusən əməliyyat, diş müalicəsi, şübhəli ötəri intim əlaqədən 3-5 ay sonra mütləq verilməlidir

- Kişilər 40 yaşdan sonra qanda PSA analizi – prostat vəzidə şiş diaqnozu üçün