İlham Əliyev karantində olanlardan danışdı

  • 2020.03.31 16:41
  • 1018 Baxış
İlham Əliyev karantində olanlardan danışdı
“Xaricdən gələn Azərbaycan vətəndaşları karantinə yerləşdirilir. Hazırda 4500-ə qədər insan karantindədir”.

Medicina.az verdiyi xəbərə görə, bunu Prezident İlham Əliyev bu gün İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, karantin üçün də ən əlverişli şərtlər təqdim olunub:

“Vətəndaşlar 4-5 ulduzlu otellərdə, “Atletlər kəndi”ndə, Lənkəran, Lerik, Nabran və Bakı şəhərinin otellərində, istirahət yerlərində yerləşdirilir. Xəstələrə də şərait yaradılır, ölkəmizin müxtəlif yerlərində 10-dan çox xəstəxana koronavirus xəstələrinin sərəncamındadır”