İlk dəfə donuz ürəyi köçürülən xəstə öldü

  • 2022.03.10 14:57
  • 1790 Baxış
İlk dəfə donuz ürəyi köçürülən xəstə öldü

Donuz ürəyi köçürülən xəstə iki ay sonra vəfat etdi


Medicina.az xəbər verir ki, əməliyyatdan iki ay sonra, 57 yaşlı ABŞ sakini Devid Bennet Merilend Universitetinin Tibb Mərkəzində dünyasını dəyişib.

Yanvarın əvvəlində yerli cərrahlar ona donuz ürəyini köçürüblər.

Bu, heyvandan insana ilk belə orqan transplantasiyası olub.

Həkimlərin sözlərinə görə, kişinin vəziyyəti bir neçə gün əvvəl pisləşməyə başlayıb. Əməliyyatdan sonra ürək sürətlə kök salıb və normal fəaliyyət göstərməyə başlamışdı.