İllərlə qarın ağrısından əziyyət çəkirdi - Səbəbi görün nə imiş - FOTO

  • 2020.01.30 14:56
  • 5950 Baxış
İllərlə qarın ağrısından əziyyət çəkirdi -   Səbəbi görün nə imiş - FOTO
48 yaşlı qadın 7 ildir şiddətli qarın ağrısı və şişdən əziyyət çəkib.

Medicina.az xəbər verir ki, bu müddətdə qadın yumurtalığında kista olması dioqnozu ilə müalicələr alıb. Əsl problemi isə 3 ay öncə aşkarlanıb.

Belə ki, İstanbulda yaşayan Funda adlı qadının yumurtalığında "varikoz damarlar" olduğu məlum olub. 2 uşaq anası uzun müddətdir yoxlanılmasına baxmayarq əvvəllər bu aşkarlanmayıb. 4 saatlıq əməlliyatla qadın sağlamlığına qovuşub.

Həkimlər bildirib ki, əsasən 20-50 yaş aralığı qadınlarda görünən xəstəlik, uzmanlar tərəfindən "gizli xəstəlik" kimi də adlanır. Qarının alt hissəsində, yumurtalıqların və uterusun ətrafında və qasıqdakı damarların genişlənməsi ilə irəliləyən xəstəlikdir.