Evinizdəki kimyəvi maddələrin gizli təhlükəsinə əlvida deməyin vaxtıdır. Sərt təmizləyici məhsulların yaratdığı ağır havadan qurtulmaq istəyənlər bu üsulu sınamalıdırlar.
Medicina.az xəbər verir ki, son zamanlar təbii təmizləmə üsulları gigiyena təmin etdiyi və ətraf mühitə zərər vermədiyi üçün bir çox insanın seçiminə çevrilib.
Evdə tapılan sadə materiallarla tətbiq oluna bilən bu üsullar sayəsində tualetlərinizdə parlaq və təmiz bir görünüş əldə edə bilərsiniz.
Tualeti parıldadan, təmiz edən üsul budur:
Limon və portağal kimi sitrus meyvələrində olan limon turşusu təmizləmə sahəsində də çox təsirli nəticələr təqdim edir.
Limon turşusu, xüsusən də əhəng daşı, pas və mineral çöküntülərini həll etməkdəki effektivliyinə görə bir çox təmizləyici məhsulun tərkibindədir.
Mütəxəssislərin fikrincə, tualet təmizləmək üçün yarım stəkan limon turşusunu isti suda istifadə etmək və bir gecə saxlamaq ləkələri həll etməyə kömək edir və səthləri daha gigiyenik edir.
Aygün
Medicina.az