İltihab əleyhinə dieta necə olmalıdır? – 10 xəstəliyin çarəsi ola bilər

  • 2022.03.02 15:44
  • 2895 Baxış
İltihab əleyhinə dieta necə olmalıdır?  – 10 xəstəliyin çarəsi ola bilər


Orqanizmdə iltihab göstəricilərinin yüksək olması bir sıra autoimmun və xərçəng xəstəliyinin əlaməti ola bilər. Normadan artıq iltihab səviyyəsi ürək xəstəlikləri, müxtəlif xroniki xəstəliklərə səbəb olur.


İnsan uzun müddət bədənində nə baş verdiyini anlamır. Xroniki iltihab qanda, orqanizmdə dövr edən gizli prosesdir

Medicina.az xəbər verir ki, iltihabı azaltmaq və iltihabi xəstəliklərin profilaktikası üçün qidalanma pəhrizini təqdim edir.

Bu normalara artıq iltihabi xəstəliyi olan insanlar da əməl etməlidir.


Xroniki iltihab stress, yuxusuzluq, qıcıqlandırcı faktorlar, bakteriyalar, göbələk, zərərli təsirlər, pis qidalanmağın nəticəsində yaranır. Eləcə də tütün, siqaret damarların divarını zədələyərək iltihabi reaksiya əmələ gətirir.

Artıq çəki, piylənmə fonunda da ümumi iltihab agentləri oyanır.

Bir çox insanlar genetik olaraq iltihabi vəziyyətə meyillidir: ekzema, psoriaz, dermatit, astma, bronxit, ürək iltihabı və s.

Belə adamlara qızarmış yeməklər, kolbasa, sosis, turşu, hazır qidalar, qazlı içkilər, hisə verilmiş qidalar, şirniyyat olmaz.

Bəs necə qidalanmalı:

Hər gün müxtəlif cür sağlam tərəvəz və ətdən yeməklər hazırlanmalıdır.

Müxtəlif rəngli meyvə-tərəvəz qəbul edilməlidir. Daha çox yaşıl və qırmızı: göyərti, pomidor, avokado, kahı, badımcan, nar, sarı, qırmızı bibərlər. Kələm növləri.

Üzüm, limon, çərəzlər, qara zirə də iltihab əleyhinədir.
Bu insanlar evdə hazırlanmış sağlam yeməklər yeməlidir.

Bulğur, təbii düyü, qarabaşaq, tam taxıl, yulaf şorbaları, sıyıqları olmalıdır.
Gündə 2 litr su içilməlidir.

Antioksidant təsirli nə qida varsa boşqaba yığmaq lazımdır.

Gündə 400 qram meyvə-tərəvəz porsiyası yeyilməlidir.


Omeqa 3-lə zəngin yağlı balıq, dəniz məhsulları, müxtəlif qozlar, tumlar, zeytun yağı, kətan yağı istifadə olunmalıdır.


MEDICINA/AZ