İmmun sistemi möhkəmlətmək üçün 4 elmi metod

  • 2022.09.12 15:41
  • 1609 Baxış
İmmun sistemi möhkəmlətmək üçün  4 elmi metod


İmmun sistemi nöhkəmlətmək üçün alimlər elmi sübut olunmuş metodları açıqlayıb.



"Medicina" xəbər verir ki, Hyuston universitetinin alimləri minimum bunlara əməl etməyi tövsiyə edib.


1. Müntəzəm fiziki məşqlər, idman - o, stresi azaldır, yuxunu yaxşılaşdırır, orqanizmdə iltihabı azaldır, limfodrenajı işə salır.
İdman, gimnastika qoca və cavan immun hüceyrələri üçün vacibdir.

Amma gücünüzdən artıq və ağır idman etməyin. Güc məşqləri immun sistemi zəiflədir, yuxarı tənəffüs yollarının iltihabına səbəb ola bilər.


2. Tam yuxu - Beyin yalnız yuxuda potensial toksinlərdən təmizlənir, yenilənir. 7 saatlıq yuxu olmadan sinir sistemi ilə immun cavab arasında rabitə pozulur.


3. Probiotik məhsullar - probiotiklər, fermentli qidalar, yoqurt, kefir, qatıq immun sistemi bağırsaqdan aktivləşdirir


4. D, C vitamini və sink ehtiyatının bol olması.

Məhz bu vitaminlərdən immunitet istifadə edir.

Aygün Musayeva