İmmun sisteminə dəstək- BIOLOJI DETOKS NƏDİR?

  • 2020.03.31 11:44
  • 4411 Baxış
İmmun sisteminə dəstək - BIOLOJI DETOKS NƏDİR?

Müdhiş virusun yayılması və yoluxması yolları haqda müxtəlif fikir və ehtimallar irəli sürülmüşdür.

Lakin bir məqamda alimlər həmfikirdir: bu prosesdə aparıcı qüvvə optimal çalışan (nə əskik, nə artıq) immun sistemidir. Onun fəaliyyətini "zəiflətməmək" üçün özümüzə nə yardım edə bilərik?

Medicina.az həkim dietoloq nutrisoloq Amaliya Rəhimovanın immun sistemin möhkəmlənməsinin detoksdan keçdiyini sübut edən maraqlı açıqlamasını təqdim edir:

İmmun sisteminin qüvvəsini özünə çəkən, onun "fikrini" qlobal təhlükədən yayındıran mühüm amillərdən biri də orqanizmin daxili və xarici toksik maddələrlə çirklənməsidir. Bu toksinlərin əsas mənbəyi:

1. Xroniki uzun sürən stress.

Belə ki, psixoloji həmlə, panik durum, yanlış yuxu rejimi və ya yuxusuzluq nəticəsində stress hormonu adlanan kortizolun istehsalı artır. Stresə qarşı kortizol sintezi normal reaksiyadır. Lakin stress uzandıqda, xronikiləşdikdə bu hormon "ya döyüş, ya qaç" prinsipi ilə fiziki realizasiyasını tapmayaraq orqanizmə dağıdıcı təsir göstərir. Emosiyalara cavabdeh limbik sistem hüceyrələri iltihablaşıb zədələnir, qorxu, vahimə hissi dərinləşib immunu çökdürür.

2. Yanlış qidalanma və həyat tərzi

-paketlənmiş, ayaqüstü qidaların tərkibindəki kimyəvi maddələr
-diqqət edilməyən müntəzəm vərdişlər (çay-şirniyyat, kofe-kruasan, duzlu sneklər..)
-hətta ən faydalı qidanın uyğun zamanda yox, nə vaxt gəldi yeyilməsi (axşamlar insulini yüksəldən meyvə və ağartı saatları, şam yeməyində sıyıq...)

-yeməklərin çox bişirilib, qızardılması
-rasionda karbohidratlı qidaların çox olması
-zərərli adətlər (siqaret, şərab, gecə oyaq qalıb gündüz yatmaq...)

-həzmin pozulması nəticəsində (mədə turşuluğunun azalması, ferment çatışmazlığı, çox yemək, gec yemək, tez-tez yemək, pis çeynəmək -tikələri bütöv udmaq, əsəbi və yorğun halda yemək, acmadan yemək, qarışıq yemək...) əmələ gələn zərərli maddələr

-hüceyrəyə can verən saf su tələbatını başqa mayelərlə (çay, kofe, ayran,kompot, şirə..) ödəmək.

Bütün qüvvələri toksinlə deyil, törədici ilə mübarizəyə səfərbər etmək üçün immun fəaliyyətə mane olan bu amilləri aradan qaldırmaq və orqanizmi toksinlərdən təmizləmək vacibdir. Ən qədim və təsirli təbii üsullardan biri fastinq, yəni su orucudur ki, həftədə bir dəfə tam gün ərzində icra olunduqda orqanizmin xeyli təmizlənməsinə və bərpasına təkan verir. Ümumiyyətlə, ev şəraitində enerji sərfiyyatı xeyli azaldığından köhnə, yəni 3-4-5 dəfəlik qidalanma rejiminin müvəqqəti olaraq iki, bəzən hətta birdəfəlik rejimlə əvəzlənməsi məqsədəuyğundur. Fastinqin müasir variantı olan 18/6 rejimi 24 saatın yalnız 6 saatı zamanı qida qəbulunu ehtiva edir (məsələn, 10:00 – 16:00 arası); qalan 18 saat ərzində orqanizm dincəlir və zədələnmiş sistemlərini, o cümlədən, immun sistemini regenerasiya edir.

Detoks prosesini sürətləndirmək, limfa drenajını və çıxarıcı orqanların fəaliyyətini yaxşılaşdırmaq üçün Heel Kit - təbii tərkibli biotənzimləyici kompleks (30 damcı gündə 3 dəfə yeməkdən əvvəl) uğurlu seçimdir.

Təbii tərkibli izopatik preparat olan Mucedokehl (10 damcı x2 dəfə) preparatı ilə limbik sistemə təsir edib, stress, gərginlik, panik ataklarda orqanizmi stresin dağıdıcı təsirindən qorumuş olarıq.

EVDƏ QAL virusdan qorunma kompaniyası çərçivəsində Bioloji detoksdan yararlanaraq həm hazırki epidemiyadan, həm də sıxıntı, günəşsizlik, havasızlığın sonrakı fəsadlarından yayınmaq olar.