İndi yayılan B qripi bronxlara çökür- Rusiyalı alim

  • 2023.01.07 17:34
  • 2816 Baxış
İndi yayılan B qripi bronxlara çökür - Rusiyalı alim
Rusiyalı alim Aleksandr Qinzburq hazırda Rusiyada, eləcə də bizdə aktiv olan B variant qripin necə təsir etdiyini açıqlayıb.


"Medicina" xəbər verir ki, onub sözlərinə görə, bu qrip səs tellərinə təsir edir, boğazdan başlayır.

Daha sonra iltihabi proses burun-udlağından bronxlara və ağciyərlərə keçir.

Müalicəni ağciyərlərdə pnevmoniyaya keçməyənə qədər başlamaq lazımdır.

Əks təqdirdə, koviddəki kimi tənəffüs çatışmazlığı verə bilər.

Aygün Musayeva