"İndi yayılan virus ötən ildəkindən zəifdir, öldürücülük azalır" - Aydın Əliyev

  • 2021.07.30 15:30
  • 2059 Baxış
"İndi yayılan virus ötən ildəkindən zəifdir, öldürücülük azalır"    - Aydın Əliyev

“Delta” ştamı ilə bağlı panikaya əsas yoxdur! Ona görə ki, indiki yoluxma sayı 2019-20-ci illərdəki yoluxma sayındakı artımdan qat-qat təhlükəsizdir!

Medicina..az xəbər verir ki, bu sözləri həkim-radioloq Aydın Əliyev qeyd edib.

“Ona görə də 2019-20-ci illərdə bütün dünyada itkilər çox oldu. İndi virusu tanıyırıq, əhalinin xeyli hissəsi peyvəndlənib və ən əsası, yoluxucu virus xəstəliklərinin əsas qanunlarından biri olan yoluxuculuq artdıqca, ölümcüllüyün azalmasıdır!

Bunu ayrıca qeyd edirəm: əgər yoluxuculuq artırsa, demək ki, öldürücülük azalır. Artıq elmi cəhətdən də sübut edilib ki, hazırkı “delta” ştamının yoluxuculuğu çox olsa da, öldürücülüyü əvvəlki Britaniya, Cənubi Afrika, Braziliya, Çin və s. ştamlarından azdır. Buna görə də narahatlığa əsas yoxdur!

Əgər hazırkı yoluxmalarda xəstəliyi ağır keçirənlərin sayı faiz etibarilə təqribən 5% civarındadırsa, karantin qaydalarının sərtləşdirilməsinə, panikaya ehtiyac yoxdur və bu o deməkdir ki, biz artıq bu virusla yaşamağa öyrəşirik. Necə ki, hər il qrip virusuna milyardlarla insan yoluxub sağalır”.