İndiyə qədər çox faydalı olduğu bilinən ən zərərli məhsullar – SİYAHI

  • 2020.04.01 12:36
  • 1855 Baxış
İndiyə qədər çox faydalı olduğu bilinən ən zərərli məhsullar –  SİYAHI



Medicina.az aparılan araşdırmalar zamanı ilk baxışdan faydalı görünən, lakin əslində zərərli olan məhsulların siyahısını təqdim edir.

Az yağlı qatıq
Yağ çatışmazlığını balanslaşdırmaq üçün adətən belə qatıqlara inanılmaz miqdarda şəkər əlavə edilir ki, onları yemək əvəzinə şirin qazlı sular içmək daha yaxşıdır. Heç olmasa dadından zövq almaq mümkündür.


Bütün növ kəpəkli çörəklər

Təəssüf ki, bu cür çörək adətən konservantlar və kimyəvi maddələrlə doldurulur ki, bu da sağlam qidalanma və ya çəki atmaq üçün verdiyiniz bütün səyləri tamamilə yox edəcəkdir. Buna görə ən doğru seçim ya etibarlı istehsalçı axtarmaq və ya evdə bişirməkdir.



Glütensiz Məhsullar
Bir çox insanlar bu məhsulları sağlam hesab edirlər. Problem ondadır ki, bu məhsulların içərisindəki buğda unu qəhvəyi düyü ilə əvəz olunur. Qəhvəyi düyünün tərkibində isə heç də buğda unundan az karbohidrat yoxdur.