İndiyə qədər peyvənd olunan yeniyetmələrin SAYI

  • 2021.11.02 14:52
  • 1076 Baxış
İndiyə qədər peyvənd olunan yeniyetmələrin  SAYI

Bu günə qədər 439 nəfər yeniyetmə koronavirus əleyhinə vurulan vaksinasiya prosesində iştirak edib.

Səhiyyə Nazirliyindən Medicina.az -a verilən məlumata görə, onlar arasında hər hansı ağırlaşma, yaxud fəsad qeydə alınmayıb.

Qeyd edək ki, yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılır. Yeniyetmələr yalnız tibbi göstəriş olduğu halda hər iki valideyinin razılığı ilə peyvənd oluna bilərlər.
İndiyə qədər peyvənd olunan yeniyetmələrin  SAYI