İnfarkt olub-olmadığınızı göstərən qan analizi – Şübhələrə son

  • 2020.10.19 17:17
  • 6323 Baxış
İnfarkt olub-olmadığınızı göstərən qan analizi  –  Şübhələrə son


Bir çox xəstəliklər kimi ürəyin infarktı və infark önü vəziyyətlərində qanda dəyişikliklər olur.
Bəs infarktı qan analizi ilə təyin etmək mümkündürmü? Əlbəttə, onun da öz analizi var və kardioloqlar bunu yaxşı bilir.
Medicina.az xəbər verir ki, Troponin I adlanan


Тропонин I (Troponin I) adlanan analiz ürək əzələsi – miokardda çox olan xüsusi zülallardır.
Məhz troponin analizi xəstədə miokard infarktının gizli gedişatında köməyə çatır.

Həkimlər EKQ ilə diaqnozu dəqiq görə bilməyəndə bu analizi təyin edir.

Tibbdə Troponin I analizi qızıl standart hesab edilir.

Analiz necə verilir?

- Xəstə analizdən 3-4 saat öncə yemək yeməməlidir
- Fiziki, emosional gərgin olmamalıdır
- Analizdən 1 saat öncəyə kimi siqaret çəkməməlidir

Adətən ürək rahat olanda tropinin qanda o qədər az olur ki, analizdə ölçülmür. Amma ən cüzi miokard kəskinləşməsi zamanı onun miqdarı qanda artır.

Analizdə troponinin kəskin artması infarkt və digər ürək xəstəliklərinə işarədir. Bu o deməkdir ki, ürək əzələsində hüceyrələrin ölümü baş verir.

İnfarkt keçirmiş xəstədə qanda troponinin yüksəkliyi hələ 15 gün qalır.
Qanda troponin analizini özünüz də verə bilərsiniz.


Medi Plus klinikasının laboratoriyasında medicina.az oxucuları üçün 20% endirimlər təklif olunur.

Ünvan: Yasamal rayonu, Mirəli Seyidov 10, “Musabəyov” Parkının, ASAN Xidmətin yaxınlığı
Tel: (012) 434 59 36; (055) 252 45 94