Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnfarkt zamanı öskürək kömək edir? - Kardioloqdan xəbərdarlıq

  • 2025.05.29 22:32
  • 279 Baxış
İnfarkt zamanı öskürək kömək edir? -  Kardioloqdan xəbərdarlıq

Türkiyəli kardioloq professor Çağlar Emre Çağlıyan infarktla bağlı açıqlamalar verib.

Medicina.az xəbər verir ki, sosial mediada paylaşılan videolarla infarkt zamanı öskürəyin faydalı olduğu inancı yenidən gündəmə gəlib. Lakin mütəxəssislər bunun yanlış və lazımsız bir təcrübə olduğunu və digər fəsadların riskini artırdığını vurğulayırlar.

Prof. Dr. Çağlar Emre Çağlıyan bildirib ki, Covid-19 pandemiyası ilə birlikdə bu xəstəliklərin sayı artıb. İnfarktın ən böyük əlamətinin daha əvvəl heç bir ağrıya bənzəməyən və insanda ciddi narahatlığa səbəb olan sinə ağrısı olduğunu ifadə edən həkim deyib:



"Bəziləri bunu təzyiq, bəziləri yanma kimi izah edir. Lakin bu ağrı ümumiyyətlə insanı köməyə ehtiyac duymağa aparır. Bundan əlavə, ani başlayan nəfəs darlığı, ürək döyüntüsü, huşunu itirmə və ani ürək dayanmalarını görə bilərik.

Bu məqamda təcili yardımla xəstəxanaya getmək daha təhlükəsizdir. Həmin şəxs avtomobil idarə edirsə, bu da çox böyük riskdir. Çünki avtomobil idarə edərkən qəfil ürək dayanması halında həm öz həyatını, həm də digər insanların həyatını təhlükəyə atır.

İnfarkt zamanı öskürək sosial mediada çox populyar mövzuya çevrilib. İnsanların öskürəklə infarktdan qorunduğu, xəstəxanaya öskürəklə müraciət etdikləri ilə bağlı çoxlu fərziyyələr var. Bu inanclar tamamilə yanlışdır və belə desək, cəfəngiyyatdır. Bunlar insan həyatına mənfi təsir edəcək manipulyasiyalardır".

Aygün
BakuPost