İnfarktdan 10 il öncə stenokardiya başlaya bilir

  • 2022.11.12 16:18
  • 1869 Baxış
İnfarktdan 10 il öncə stenokardiya başlaya bilir

Ürək çatışmazlığının xəbərdarlığı 10 il öncədən özünü göstərə bilər.

"Medicina" xəbər verir ki, bu barədə Amerika kardiologiya Assosiasiyasının elmi dərgisində çıxan araşdırmada bildirilir.

Yarım milyon insanı əhatə edən elmi araşdırmada ürək tutması keçirən xəstələrin 40%-də 5-10 il əvvəldən stenokardiya anamnezi olub.

Stenokardiya - döş qəfəsində ağrı, sıxılma, ağırlıq, basqı hissidir.

Analizlər göstərib ki, bu əlamətlər olan insanlarda 5 il ərzində infarkt riski 15-20% yüksək olur.
Bəs Stenokardiya zamanı müalicə lazımdırmı?

Əslində çox insanlar bu əlamətlərə fikir vermir, müalicə də almır.

Stenokardiyanı kardioloq diaqnoz edir, qeyri-invaziv metodların istifadəsi ilə bu problemləri öncədən həll etmək mümkündür.

Adətən insanlar döş qəfəsində ağrı, sancı ilə həkimə gedir, amma düzgün konkret diaqnoz hər kəsə qoyulmur. Stenokardiya mütləq nəzərə alınmalıdır.

Hətta infarktdan bir neçə ay öncə də stenokardiya ola bilər.

Aygün Musayeva