İnfarktdan sonra müalicə necə olmalıdır - Həkim kardioloq

  • 2022.09.02 14:59
  • 1740 Baxış
İnfarktdan sonra müalicə necə olmalıdır  - Həkim kardioloq


İnfarktın müalicəsində tıxanıqlığı əridən dərmanlar, balon və stent taxılması (angioqrafiya) və ya bypass əməliyyatı icra edilir. Bəzən bu müalicə metodlarını bir-birini tamamlayıcı şəkildə istifadə edirik.



Medicina xəbər verir ki, bu barədə ürək-damar cərrahiyyəsi uzmanı Cabir Gülmalıyev məlumat verib.


Həkimin sözlərinə görə, əvvəllər damarı açmadan, dərmanlarla müalicə təyin edilirdi. Preparatlarla (trombolitik) damar tıxanıqlığı əridilməyə çalışılırdı.


"Angioqrafiya ilə xəstənin infarkta səbəb olan tıxanmış damarını müəyyənləşdirilir və həmin damar açılır. Damar açıldıqdan sonra oraya stent implantasiyası edilir. İnfarkta səbəb olan damar açıldıqdan sonra xəstəyə digər dərman preparatları (qansulandırıcı, nitroqliserin və s.) təyin olunur".


C.Gülmalıyevin sözlərinə görə, Bypass əməliyyatı ilə bədənin qol, ayaq kimi digər nahiyələrindən alınan damarlar, tıxalı olan ürək damarlarına təkrar qan axımını təmin etmək üçün istifadə edilir. Nəticədə bu damarların qidalandırdığı miokard infarktı olan hissələrə lazımınca qan axını təmin olunur.

Aygün Musayeva